Qurbanlıq heyvanları daha ucuz haradan ala bilərik? - QİYMƏTLƏR  - VİDEO
08 iyul 2022 23:52 (UTC +04:00)

Qurbanlıq heyvanları daha ucuz haradan ala bilərik? - QİYMƏTLƏR - VİDEO

Vətəndaşlar qurbanlıq heyvanları onlayn qaydada da ala bilərlər.

Lent.az APA TV-ə istinadən xəbər verir ki, qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar qurbanliq.kendden.az saytına daxil olaraq şəxsi məlumatlarını mövcud xanalar üzrə qeyd edə və satış məntəqələri üçün onlayn növbə götürə bilərlər.

Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürmək istədikləri məntəqə ünvanlarını, tarixi və saatı seçməkdə sərbəstdirlər. Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini yəni 20 AZN əvvəlcədən onlayn sifariş etdikləri zaman portal üzərindən, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdikləri zaman ödəyəcəklər.

Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı və Sumqayıt ərazisində satış məntəqələrindən Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 52C, Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan yolu, Səbail rayonu, Gülbala Əliyev küçəsi, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, Sumqayıt şəhəri, Çerkassi küçəsi, 53-cü məhəllə ünvanından götürə bilərlər.

Qeyd edək ki, Qurban bayramı günlərində ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək.

# 2136
avatar

Oxşar yazılar