Qubada Azəriqazın tədbiri
13 sentyabr 2022 09:34 (UTC +04:00)

Qubada Azəriqazın tədbiri

Quba rayonunun ucqar kəndinin qazlaşdırılması ilə bağlı qərar verildi - FOTO

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Quba rayonunun ucqar Cimi kəndində baş tutub.

Lent.az xəbər verir ki, birliyin baş direktoru Ruslan Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və millət vəkili Vahid Əhmədov ilə birlikdə sözügedən kənddə vətəndaşlarla görüş keçiriblər. Sakinlər çətin relyef şəraitində yerləşən kənddə payız-qış mövsümlərinin daha sərt keçdiyini bildirərək bu kəndin qazlaşdırılması ilə bağlı onlara köməklik edilməsini xahiş ediblər. Birlik rəhbəri vətəndaşlara qazlaşdırılma işlərinin bütün regionlarda mərhələli şəkildə icra olunduğunu qeyd edib. Daha sonra Ruslan Əliyev yaxın günlərdə sözügedən kənddə  qazlaşdırılma işlərinin başlayacağı ilə bağlı xəbəri vətəndaşların diqqətinə çatdırıb. Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Ölkə başçısına və SOCAR rəhbərliyinə təşəkkür ediblər.

# 2166
avatar

Oxşar yazılar