Qırmızı kart alan şagirdlərin məsələsi nəzarətə götürüldü - QALMAQAL
09 iyun 2023 12:10 (UTC +04:00)

Qırmızı kart alan şagirdlərin məsələsi nəzarətə götürüldü - QALMAQAL

Son günlərdə sosial şəbəkələrdə rayonlardan birində yerləşən orta məktəbdə nizam-intizam və davranış qaydalarını pozan şagirdlərə qırmızı kart verilməsi, həmin şagirdlərin fotolarının təhsil müəssisəsinin sosial media hesabında paylaşılması ciddi müzakirələrə səbəb olub.

Belə ki, Ağstafa rayon Dağ Kəsəmən kənd 2 saylı orta məktəbində yaxşı oxuyan, davranış qaydaları normal olan şagirdlərə yaşıl kart, yaxşı oxumayan, nizam-intizamı pozan şagirdlərə isə qırmızı kart verilib. Qırmızı kart alan şagirdlərin fotolarının məktəbin “facebook” səhifəsində paylaşılıb.  

Məktəbdə yaxşı oxumayan, nizam-intizamı pozan şagirdlərə bu formada cəzanın tətbiq edilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. 

Məsələni daha dəqiq aydınlaşdırmaq üçün Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət etdik.

Qurumun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliyeva Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ nəzarətə götürülüb. 

Onun sözlərinə görə, müvafiq şəxslərin izahatı alınıb:

“Şəkillər məktəbin sosial media hesabından çıxarılıb”.

# 5994
avatar

Arzu Qurbanlı

Oxşar yazılar