Qarlı hava  49 nəfəri   xəstəxanalıq etdi
10 yanvar 2023 19:05 (UTC +04:00)

Qarlı hava 49 nəfəri xəstəxanalıq etdi

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 49 müraciət daxil olub.

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, xəsarət alanlardan 48-i (28-i qadın, 20-i kişi olmaqla) aidiyyəti üzrə tibb müəssisəsinə hospitalizasiya olunub. 1 nəfərə (kişi olmaqla) isə yerində ilkin tibbi yardım göstərilib.

Müraciətlər əsasən diz, çanaq, bilək, topuq, çiyin və əl nahiyələrinin travmaları ilə bağlı olub. 

Xəsarət alanlardan 1-i uşaq, digərləri isə 17-85 yaş aralığında şəxslər olub.

Qeyd edək ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də  113 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışır.

# 1905
avatar

Nigar Namiq

Oxşar yazılar