Psixi xəstə olan ana sığınacaqdan əl çəkmir <span class="red_color > ƏL ÇƏKMİR   -  VİDEO
21 iyun 2022 12:45 (UTC +04:00)

Psixi xəstə olan ana sığınacaqdan əl çəkmir VİDEO

Xəbər verdiyimiz kimi, uşağına zorakılıq göstərdiyi deyilən ana xəstəxanaya yerləşdirilib. Bir gün sonra isə xəstəxanadan buraxılan ana uşağını tələb etmək üçün sığınacağa gedib.

Bu barədə Lent.az-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirir ki, hazırda da o uşaq sığınacaqdadır:

“Uşağın vəziyyəti normaldır. Hazırda sığınacaqdadır və uşaqlarla ünsiyyət qurur. Uşaqda qorxu hissi var. Hiss olunur ki, uşağa təzyiqlər olunub. Ona görə də o uşağa xüsusi həssaslıqla yanaşırıq. Ana dünən sığınacağın qarşısına gəlib. O bizi məcbur edirdi ki, uşağı ona verək. O dayanmadan polisi yığır və bizim onun uşağını oğurladığımızı deyirdi. Halbuki uşaq Abşeron İcra Hakimiyyəti və polis idarəsi tərəfindən bizə gətirilib”. 

Kəmalə xanımın sözlərinə görə, qanunda dəyişiklik olduğu üçün qadın xəstəxanadan buraxılıb:

“Qadın isə Səhiyyə Nazirliyinin xüsusi briqadası tərəfindən nevroloji xəstəxanaya aparılıb. Bir gündən sonra isə buraxıblar. Çünki qanuna dəyişiklik edilib və xəstənin özünün razılığı olmadan xəstəxanada saxlanıla bilməz. Amma bu çox absurddur. Mənə bir dənə pis vərdişi, narkotik asılılığı olan bir insan göstərin ki, müalicə olunmaq istəsin”. 

Onun sözlərinə görə, bir ildən çoxdur ki, uşaqla bağlı müraciətlər edilir:

“O qadın gəlib bizə narahatlıq yaradır, səs-küy salır. Ona görə də o qadına yardımçı olmaq, onu sağaltmaq lazımdır. Sonra uşağını tələb edə bilər. Heç kim onu uşağından ayrı saxlamaq istəmir. Heç bizim də məqsədimiz o deyil. Analara uşaqlara sevdirməkdi məqsədimiz. Uşaq sənin üçün əşya deyil ki, gecə ona dərman verib, istədiyin yerə gedəsən. Bu uşaqla bağlı bir ildən çox idi ki, sosial şəbəkələrdən mənə müraciət daxil olurdu. Uşağın atasının adından başqa heç bir şeyi bilmirik. Qeyri-rəsmi münasibətdən dünyaya gəlib”. 

# 3240
avatar

Aytəkin Cəlali

Oxşar yazılar