Pəncərədən əşya atıb adam yaralayanlar necə cəzalandırılır?
17 mart 2023 19:55 (UTC +04:00)

Pəncərədən əşya atıb adam yaralayanlar necə cəzalandırılır?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu pəncərədən təhlükəli əşya atanlarla bağlıdır.

Bəziləri hündürmərtəbəli binanın pəncərəsindən səhlənkarlıqedərək həyətə zibil atırlar. Bu zibillər hərdən həyati təhlükəli şüşə butulkalar və digər bərk əşyalar da olub. Bəzən də o əşyalar qəsdən atılır.

Məsələn, elə 2 gün əvvəl influenserlər Həmidə Hacıyeva və Banu Allahverdiyevanın başına şüşə butulka atılıb.

Bəs görək, qanunvericiliyə əsasən, pəncərədən həyati təhlükəli əşya atanlarla bağlı hansı tədbir görülür?

Sualımıza “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev cavab verib. Onun sözlərinə görə, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib edilir:

“Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə maddəsilə protokol tərtib edilir. Maddəyə əsasən, şəxs əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Ancaq daha ciddi xəsarət olarsa, əmlaka 5000 manatdan çox zərər vurularsa, bu qəsdən şəxsin əmlakına zərərvurma sayılır. Bu da Cinayət Məcəlləsinin 185 və 186-cı maddələrinə tövsif edir. Təsadüfən atılan əşya şəxsi yaralasa, xəsarətin dərəcəsindən asılı olaraq, ehtiyatsızlıqdan sağlamlığa zərərvurma maddəsilə də cinayət işi açıla bilər. Əgər bu halda ölümlə nəticələnsə, Cinayət Məcəlləsinin 124-cü maddəsinə əsasən ehtiyatsızlıqdan adam öldürmə ilə bağlı ittiham elan olunar”.

# 3729
avatar

Oxşar yazılar