Noyabr ayının  HAVA PROQNOZU   - Gecələr şaxta olacaq
31 oktyabr 2022 14:18 (UTC +04:00)

Noyabr ayının HAVA PROQNOZU - Gecələr şaxta olacaq

Noyabr ayının hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi dövrlərdə normadan aşağı enəcəyi gözlənilir. 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Noyabr ayının birinci ongünlüyünün birinci yarısında ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin noyabrın 5-dən başlayaraq birinci ongünlüyün sonunadək yenidən hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, temperaturun aşağı enəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Noyabr ayının hava proqnozuna görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 9-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 10 aşağıdır.

Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 28-38 mm).

Noyabr ayının hava proqnozuna görə, Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 şaxta, gündüzlər 10-15 dərəcə isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-28 mm).

Noyabr ayının hava proqnozuna görə, Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 10 aşağıdır.

Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 6-10 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 27-34 mm).

Noyabr ayının hava proqnozuna görə, Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 8-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-24 mm).

Noyabr ayının hava proqnozuna görə, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 05 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 3-7 dərəcə isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir (norma 29-73 mm).

Noyabr ayının hava proqnozuna görə, Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 9-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Gecələr havanın temperaturu gecə 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 6-11 dərəcə isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 25-45 mm).

Noyabr ayının hava proqnozuna görə, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 8-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 7-12 dərəcə isti, bəzi günlərdə 2-5 dərəcə isti, dağlarda 2 dərəcə şaxta, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 55-170 mm).

# 5265
avatar

Oxşar yazılar

Rəşad Dağlı əfvə düşəcəkmi? - CAVAB

Rəşad Dağlı əfvə düşəcəkmi? - CAVAB

27 yanvar 2023 , 17:50
İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun  FOTOSU

İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun FOTOSU

27 yanvar 2023 , 17:09
Hacı Şahindən terrorla bağlı PAYLAŞIM:  "Diplomatlarımızın yanındayıq"

Hacı Şahindən terrorla bağlı PAYLAŞIM: "Diplomatlarımızın yanındayıq"

27 yanvar 2023 , 16:34
Marketlər  heyvan yeməklərini   insanlara belə yedizdirir – AQTA-ya qarşı CİDDİ İTTİHAM

Marketlər heyvan yeməklərini insanlara belə yedizdirir – AQTA-ya qarşı CİDDİ İTTİHAM

27 yanvar 2023 , 16:27
Mehriban Əliyevadan səfirliyimizə hücumla bağlı PAYLAŞIM

Mehriban Əliyevadan səfirliyimizə hücumla bağlı PAYLAŞIM

27 yanvar 2023 , 14:30
Hava şaxtalı olacaq,  yollar buz bağlayacaq   - XƏBƏRDARLIQ

Hava şaxtalı olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

27 yanvar 2023 , 13:31
Bu maşınlar gecələr də texniki baxışdan keçə bilər - VİDEO

Bu maşınlar gecələr də texniki baxışdan keçə bilər - VİDEO

27 yanvar 2023 , 13:27
Orxan Əsgərov

Şəhid olan Orxan Əsgərovun FOTOSU

27 yanvar 2023 , 13:08