Naxçıvanda yağış və sel – FAKTİKİ HAVA  -VİDEO -YENİLƏNİB
26 may 2023 22:06 (UTC +04:00)

Naxçıvanda yağış və sel – FAKTİKİ HAVA -VİDEO-YENİLƏNİB

Sədərəkdə yağan yağış fəsadlara səbəb olub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 26.05.2023-cü il tarixində Naxçıvan Muxtar Respublikası Sədərək rayonu, Qaraağac kəndində yağan intensiv yağışlar nəticəsində 2 fərdi yaşayış evinin həyətyanı sahəsini su basıb. Dövlət Yanğın Mühafizə  hissəsinin müvafiq qüvvələri tərəfindən suyun çəkilməsi işləri aparılıb.

***

20.33

Naxçıvan Muxtar Respublikasında yağışlı hava şəraiti müşahidə olunur.

Lent.az APA-ya istinadla xəbər verir ki, günün ikinci yarısında Sədərək rayonuna güclü leysan yağıb. Rayon ərazisinə yağan leysan nəticəsində yaşayış məntəqələrindən sel keçib.

Hazırda Naxçıvan şəhərində yağış davam edir.
 

# 3939
avatar

Oxşar yazılar