MİDA-da problem yarandı -  Mənzillər satılmadı
15 sentyabr 2022 11:41 (UTC +04:00)

MİDA-da problem yarandı - Mənzillər satılmadı

Elektron Hökumətin İnkişafı Mərkəzi bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzilləri satışa çıxarıb. Amma agentliyin (MİDA) "Güzəştli Mənzil” informasiya sistemində problem yaranıb.

Lent.az-ın xəbərinə görə, mərkəzin direktor müavini Mehdi Cavadov bildirib ki, buna səbəb çox sayda insanın eyni anda sistemə daxil olmasıdır:

"Sistemdə yüklənmə olduğundan problemlər yaranıb. Araşdırma aparılır. Hazırda sistemin bərpa olunması üçün iş görülür. Mənzillərin satışı yenidən təşkil olunacaq, amma nə vaxt olacağı bilinmir. Satışdan əvvəl 100-dən çox test etsək də, bu gün sistemdə problem yaranıb”. 

Xatırladaq ki, bu gün saat 11:00-da MİDA Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzil satışa çıxarılıbmış.

# 2547
avatar

Aytəkin Cəlali

Oxşar yazılar