Məktəbdə şalvar QALMAQALI:  Direktor Təhsil Nazirliyinə qarşı - AUDİO
28 aprel 2022 13:00 (UTC +04:00)

Məktəbdə şalvar QALMAQALI: Direktor Təhsil Nazirliyinə qarşı - AUDİO

Bu günlərdə sosial şəbəkələrdə daha bir məktəb direktorunun qalmaqallı səs yazısı yayıldı. Bu dəfə məşhurlaşan direktor Fatma Bayramova Sumqayıt şəhər 14 nömrəli məktəbinə rəhbərlik edir. Yenə də direktor öz işçiləri - Azərbaycan müəllimi ilə alçaldıcı tonla danışır və hətta onları şagirdlərin yanında biabır edəcəyi ilə hədələyir. 

Bu dəfə məktəb direktorunu “özündən çıxaran” müəllimlərin geyim formasıdır. Fikirlərini şəxsiyyətin təhqiri formasında ifadə edən direktor müəllimənin məktəbə şalvar geyinib gəlməsinə qarşı çıxır. 

Direktorun yeni əmri isə qalmaqala səbəb olur. Çünki o həddini aşaraq Təhsil Nazirliyinin bu barədə qəbul etdiyi qaydalara qarşı çıxır. 

Təhsil Nazirliyinin hələ 2000-ci ildə verdiyi “Təhsil işçilərinin korporativ geyim tərzi” təlimatında müəllimlərin məktəb daxilində necə geyinməli olduqları açıq şəkildə göstərilir. 

Orada göstərilir ki, müəllim qara klassik şalvar geyinə bilər. 

Başa düşüləndir ki, müəllim qoyulan qaydalar çərçivəsində geyinib təhsil ocağına gəlməlidir. Amma müəllim bizim gələcəyimizi hazırlayır. Onu şagirdlər içərisində biabır etməklə bağlı elə şantaj etmək qəbuledilməzdir. 

Başa düşülməyən məsələ isə odur ki, məktəb direktorları geyim tərzi seçə bilməz. Hələ bəzi direktorlar hicabda olan, saat taxan, şalvar geyinən müəllimi təhqir edir və məktəbə girişinə qadağa qoyur.  Bu səlahiyyəti onlara kim verib?

Təlimatda geyinilməsi qadağan olunanlar

Rəsmi qaydada öz təsdiqini tapmış məktəb müəllimlərinin geyim formaları var. Düzdür, bu qaydalara əməl etməyən müəllimləri direktor təlimatlandırmalıdır. Amma belə yox... 

Lent.az-ın əməkdaşı məsələnin mahiyyətini öyrənmək üçün Sumqayıt şəhər 14 nömrəli məktəblə əlaqə saxlayıb. 

Məktəbdən bizə cavab verən əməkdaş direktorun dediyini dəstəklədi. Bildirirlər ki, müəllim Korporativ geyim tərzində verilən təlimata uyğun geyinmir. Buna görə də direktor müəllimin bir də elə geyinməməsi üçün tənbeh edir. 


Qeyd edək ki, təlimatda həmçinin bildirilir ki, həftə sonları, yəni, dərsdən kənar məktəbə gələn müəllimlər istədikləri geyimdən istifadə edə bilərlər.

Sosial şəbəkələrdə yayılan direktorun səsini təqdim edirik: 

# 8226
avatar

Fidan İlqar

Oxşar yazılar