Mediasiya Şurasının komitəsinin ilk iclası keçirildi
11 may 2023 19:37 (UTC +04:00)

Mediasiya Şurasının komitəsinin ilk iclası keçirildi

Bu gün Mediasiya Şurası Mediasiya xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi və keyfiyyətə nəzarət üzrə Komitənin ilk iclası keçirilib.

Lent.az xəbər verir ki, iclasda Komitənin sədri Şamil Paşayev, üzvləri mediatorlar Günel İsmayılbəyli, Fidan Fətəliyeva və Xanlar Sətullayev iştirak edib.

Komitənin sədri Şamil Paşayev ilkin görüləcək işlər üzrə planlamanı üzvlərin diqqətinə çatdırıb, hazırki çətinliklər, qarşıya çıxa biləcək problemlər barədə məlumat verib. Eyni zamanda komitə üzvlərinin hər biri öz təklif və tövsiyələrini səsləndiriblər.

# 2691
avatar

Oxşar yazılar