Mart ayında bu bürcləri böyük sürpriz gözləyir - Hamı çaş-baş qalacaq
01 mart 2023 09:09 (UTC +04:00)

Mart ayında bu bürcləri böyük sürpriz gözləyir - Hamı çaş-baş qalacaq

Bu il Qoç, Əkizlər, Qız və Əqrəb bürcündən olan qızlar sevgililərinə öz görünməyən üzlərini göstərməklə onları heyrətləndirəcəklər.

Lent.az-ın xəbərinə görə, bu ilin mart ayında Qoç bürcünün qızları öz sevgililərini heyrətləndirəcəklər. Onlar sevgililərini qısqandıracaq, gecə həyatına, şənliklərə qatılacaqlar. Bu onların sevgi münasibətində sınaq dövrünə çevriləcək.

Əkizlər bürcünün qızları da mart ayında eksperimentlər edəcəklər. Onlar iş həyatında etdikləri yeniliklərdən zövq alacaqlar. Özlərini təzadlı aparıb, sevgi həyatlarına rəng qatacaqlar. Onların partnyorları qızların bu dəyişimindən şoka düşəcəklər.

Qız bürcünün xanımları dəlilik etməsələr də, partnyorlarını öz hərəkətləri ilə canlandıracaq, daha çox diqqət çəkəcəklər. Gizli məşğul olduqları hobbiləri üzə çıxacaq, münasibətlərini yeni mərhələyə yüksəldəcəklər.

Əqrəblər isə əksinə, bu ayda sakit və mehriban görünəcəklər. Əqrəb qadınlar, adətən öz emosionallıqları ilə fərqlənirlər, sevgililəri mehribanəqrəbləri görüb heyrətlənəcək, hətta qorxacaqlar. Amma sevinməsinlər, bu cəmi 1 ay çəkəcək.

# 27705
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar