Magistraturaya sənəd verənlərin DİQQƏTİNƏ!
24 yanvar 2023 12:21 (UTC +04:00)

Magistraturaya sənəd verənlərin DİQQƏTİNƏ!

2023/2024-cü tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başlayıb.

Lent.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, bakalavrlar 'Bakalavrın elektron ərizəsi' formasını özləri 09.02.2023 23:59-dək təsdiq edə bilərlər. Ərizələrini hər hansı bir səbəbdən özləri təsdiq edə bilməyən bakalavrlar Sənəd Qəbulu Komissiyasına 09.02.2023 17:00-dək müraciət edə bilərlər.

# 2133
avatar

Oxşar yazılar