Leysan yağıb, bu ərazilərə  sel gəlib   - FAKTİKİ HAVA - VİDEO
26 may 2023 15:43 (UTC +04:00)

Leysan yağıb, bu ərazilərə sel gəlib - FAKTİKİ HAVA - VİDEO

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki,
mayın 26-sı saat 15:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında, Şərur, Ordubad, Balakən, Zaqatala, Qax, Altıağac, Şabran, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Xaltan, Quba, Salyan, Qazıməmməd, Qobustan, Göygöl, Gədəbəy, Daşkəsən, Ağstafa, Tovuz, Gəncə, Ağsuda şimşək çaxıb, arabir yağış yağıb.

Yağan leysan xarakterli yağışlarla əlaqədar 26 may saat 11:55-də Gəncəçay Alaxançallıda, saat 13:40-14:05 radələrində Aşağı Ağcakənd ərazisindən, saat 12:03-12:33 radələrində Gədəbəydən, saat 14:15 radələrində Gəncəçay-Zurnabaddan sel keçib.

# 3153
avatar

Oxşar yazılar