Laçın-Xankəndi yolu: Aksiyanın 99-cu günü -FOTO
20 mart 2023 08:18 (UTC +04:00)

Laçın-Xankəndi yolu: Aksiyanın 99-cu günü-FOTO

Laçın-Xankəndi yolundakı aksiya 99 gündür davam edir.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Lent.az APA-ya istinadla xəbər verir ki, ictimai fəaller gecə boyu havanın yağışlı və dumanlı keçməsinə baxmayaraq davam etdirdiyi aksiyanı, günə Azərbaycan Dövlət Himnin səsləndirməklə başlayıb.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.
 

# 2064
avatar

Oxşar yazılar