Koronavirusa yoluxma artmaqda davam edir -  SON STATİSTİKA
08 iyul 2022 17:59 (UTC +04:00)

Koronavirusa yoluxma artmaqda davam edir - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 576 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 310 nəfərdir.

Ölkədə son sutka ərzində 1 870, hazırkı dövrədək isə 6 981 903 test aparılıb.

# 2133
avatar

Oxşar yazılar