Koronavirusa yoluxanlar və sağalanlar -  SON STATİSTİKA
03 iyun 2022 16:49 (UTC +04:00)

Koronavirusa yoluxanlar və sağalanlar - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 791 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 029 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 49 nəfərdir.

Ölkədə son sutka ərzində 2 112, hazırkı dövrədək isə 6 903 117 test aparılıb.

# 2289
avatar

Oxşar yazılar