Koronavirus daha  3 nəfəri öldürdü   - SON STATİSTİKA
08 yanvar 2023 18:18 (UTC +04:00)

Koronavirus daha 3 nəfəri öldürdü - SON STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 105 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 826 908 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 816 404 nəfər müalicə olunaraq sağalıb, 10 020 nəfər vəfat edib, aktiv xəstə sayı 484 nəfərdir.

Ölkədə son sutka ərzində 2 472, hazırkı dövrədək isə 7 444 231 test aparılıb.

# 2724
avatar

Oxşar yazılar