Kino izləməyin yeni variantı: Artıq maşınla gəlirlər...
29 iyul 2022 13:50 (UTC +04:00)

Kino izləməyin yeni variantı: Artıq maşınla gəlirlər...

Türkiyədə film izləmək istəyənlər üçün yeni şərait yaradılıb. 

Lent.az xəbər verir ki, Adana şəhərində insanlar filmi öz avtomobillərində izləyə bilirlər.

Bu yeni trendin adı "Maşında sinema günləri"dir. 

Bu il üçüncü dəfə gerçəkləşdirilən tədbirə minlərlə adanalı qatılıb. Onlara "Dilberay" və "Bergen" filmləri nümayiş olunub. Bu gün isə "Müslüm" filmini izləyə biləcəklər.

Bundan başqa, tamaşaçılar qazlı şirələrə və popkorna qonaq ediliblər.

Qeyd edək ki, "Maşında sinema günləri" tədbiri vətəndaşların böyük istəyi ilə təşkil olunub.

# 2427
avatar

Nigar Namiq

Oxşar yazılar