Kəmaləddin Heydərov İsmayıllıda vətəndaşları qəbul etdi -  FOTO
05 yanvar 2023 15:29 (UTC +04:00)

Kəmaləddin Heydərov İsmayıllıda vətəndaşları qəbul etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanvarın 5-də İsmayıllı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında İsmayıllı və Ağsu rayonlarının sakinlərinin qəbulunu keçirib.

FHN-dən Lent.az-a verilən məlumata görə, əvvəlcə, nazir K.Heydərov Mərkəzin həyətində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən İsmayıllı və Ağsu rayonlarının sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

# 1899
avatar

Oxşar yazılar