Həftə sonu üçün  HAVA PROQNOZU
08 dekabr 2022 17:56 (UTC +04:00)

Həftə sonu üçün HAVA PROQNOZU

Yaxın üç gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Lent.az-a açıqlamasında bildirib ki, dekabrın 9, 10 və 11-də Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. 

Onun sözlərinə görə, bəzi yerlərdə hava şəraitinin çiskinli və yağıntılı olması gözlənilir:

“Şimal-şərq küləyi əsəcək, havanın temperaturu 5-9 dərəcə isti olacaq. Lakin şərq rayonlarında hava yağıntılı olacaq. Havanın temperaturu 7-10 dərəcə isti, dağlıq ərazilərdə isə 0-4 dərəcə şaxta olacaq”.

# 2457
avatar

Arzu Qurbanlı

Oxşar yazılar