Hacıqabul sakinlərinin qaz problemləri
08 may 2023 18:27 (UTC +04:00)

Hacıqabul sakinlərinin qaz problemləri

Vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edən "Açıq mikrofon" aksiyası bu dəfə Hacıqabul rayonunda baş tutub.

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri aksiyaya üz tutan vətəndaşların qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyiblər.

Sakinlər mənzilə və fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması, küçə qaz xəttinin çəkilməsi, uçotu pozulmuş təbii qazın dəyərinin hesablanması və  qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər.

Daxil olan bütün müraciətlər Birliyin məsul şəxsləri tərəfindən cavablandırılıb və sakinlərə lazımi izahatlar verilib.

# 2142
avatar

Oxşar yazılar