Hacı Şahinin yerinə o təyin edildi
02 may 2023 11:15 (UTC +04:00)

Hacı Şahinin yerinə o təyin edildi

Əli Şərbətov Məşədi Dadaş məscidinə imam təyin edilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Sədr məscidə yeni təyinatların olacağını da deyib: “Bundan başqa, oraya yenə əlavə təyinatlar olacaq. O cümlədən, məscidə qadın dini ayinlərinin icraçısı da təyin ediləcək”.

Mübariz Qurbanlı yeni imamın məsciddə bu gün təqdim olunacağını vurğulayıb.

Qeyd edək ki, Əli Şərbətov bundan əvvəl Saray cümə məscidinin imam müavini olub.

# 4227
avatar

Oxşar yazılar