Gürcüstandan Zaqatalaya BÖCƏK HÜCUMU:  "Çox təhlükəlidir"
24 yanvar 2023 16:20 (UTC +04:00)

Gürcüstandan Zaqatalaya BÖCƏK HÜCUMU: "Çox təhlükəlidir"

Zaqatala və Balakən rayonlarında kütləvi şəkildə zərərli böcəklər yayılır.

Bu barədə Lent.az-a yerli sakinlər məlumat veriblər. 

Sakinlərin dediyinə görə, artıq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin monitorinq qrupu bölgəyə gedib.

Onlar hazırda vəziyyəti araşdırırlar.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşı Həsən Nəzərli Lent.az-a bildirib ki, Balakən və Zaqatalada qəhvəyi mərmər bağacığı adlı böcək yayılıb.

Onun sözlərinə görə, bu böcəklər respublika ərazisinə Gürcüstandan keçib:

“Qəhvəyi mərmər bağacığı təsərrüfat əhəmiyyətli zərərvericidir. Tipik qalxanlılara aid bağacıqdır. Digərlərindən fərqli olaraq bu böcəklər daha çox bitkiyə zərər vurur. Belə ki, bu zərərverici 200-dən artıq bitkiyə ziyan vurur. Qəhvəyi mərmər bağacığı efir yağı tərkibli toksid maddə buraxır. Təbii ki, bu maddə çox təhlükəlidir. Həmin maddənin insanlara nisbətən daha çox quşlara ziyanı var. Bir sözlə, təbiət bioloji mübarizə apara bilmir. Vətəndaşlardan xahiş olunur ki, zərərvericiləri müşahidə etdikdə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin "088-588" qaynar xəttinə məlumat versinlər".

# 11136
avatar

Arzu Qurbanlı

Oxşar yazılar