Güclü maqnit qasırğası   XƏBƏRARLIĞI: Üç gün davam edəcək
05 iyul 2022 19:15 (UTC +04:00)

Güclü maqnit qasırğası XƏBƏRARLIĞI: Üç gün davam edəcək

Yayın əvvəlindən bəri ən güclü maqnit qasırğası bu gündən, iyulun 5-dən Yer kürəsini əhatə edəcək və üç gün davam edəcək.

Lent.az xarici mediaya istinadla bildirir ki, proqnoza görə, Günəş aktivliyinin artımının başlanğıcı bu gecəyə düşür və 3 bal səviyyəsinə çatacaq.

Daha sonra iyulun 6-da səhər və günortadan sonra Günəş aktivliyinin zirvəsi gözlənilir - yayın əvvəlindən bəri maksimum 5 bala çatacaq. Axşama doğru cüzi enişə gedəcək - 4 bala qədər.

İyulun 7-də Günəş Yerə hücum etməyə davam edəcək, lakin artıq əvvəlki gündən çox zəif olacaq - 3 bal.

Nəhayət, iyulun 8-də axşam saatlarında geomaqnit vəziyyət tədricən normala enəcək.

2022-ci ilin iyul ayı üçün maqnit qasırğalarının proqnozuna əsasən, Günəş aktivliyinin təzahürləri yenə gözlənilir:

• kiçik maqnit dalğalanmaları: 8, 14, 17-21, 24, 25;

• ciddi maqnit qasırğaları: 15, 16, 22, 23 iyul.

# 3597
avatar

Oxşar yazılar