Güclü külək əsəcək   - XƏBƏRDARLIQ
27 mart 2023 16:00 (UTC +04:00)

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, 

Bakıda və Abşeron yarımadasında

Martın 28-də gecə və səhər şimal-qərb küləyinin, 29-u günün birinci yarısında isə cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Martın 28-i gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında

Martın 27-si gündüzdən 28-i səhərədək və 29-u gün ərzində əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

# 3237
avatar

Oxşar yazılar