Gecə yollar  buz bağlayacaq   - XƏBƏRDARLIQ
25 yanvar 2023 14:12 (UTC +04:00)

Gecə yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Yanvarın 26-da avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisində gecə və səhər dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacaq.

Gecə saatlarında dağlıq rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq isə yolların buz bağlayacağı ehtimalı var.

# 2178
avatar

Oxşar yazılar