FHN-in Türkiyədəki səhra hospitallarında 1623 nəfərə tibbi xidmət göstərilib -FOTO  -VİDEO
24 fevral 2023 09:51 (UTC +04:00)

FHN-in Türkiyədəki səhra hospitallarında 1623 nəfərə tibbi xidmət göstərilib -FOTO -VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

FHN-dən Lent.az-a verilən xəbərə görə, hospitallarda ötən günlər ərzində ümumilikdə 319-u uşaq olmaqla 1623 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.

# 1479
avatar

Oxşar yazılar