FHN-in 725 nəfərlik heyəti Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılmasına cəlb edilib
08 fevral 2023 13:02 (UTC +04:00)

FHN-in 725 nəfərlik heyəti Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılmasına cəlb edilib

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) hazırda 725 heyəti zəlzələnin fəsadlarının aradan qaldırılmasına cəlb edilib.

Lent.az-ın məlumatına görə, APA-nın zəlzələ bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, həmin şəxslərdən 41 nəfəri tibbi heyətdir.

Hazırda həmin şəxslərin bir qrupu Türkiyənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarında iştirak edir.

Qeyd edək ki, indiyədək Azərbaycan FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

# 2472
avatar

Oxşar yazılar