FHN əməkdaşları Türkiyədə 3 nəfəri  xilas etdi - VİDEO  - YENİLƏNİB
07 fevral 2023 18:49 (UTC +04:00)

FHN əməkdaşları Türkiyədə 3 nəfəri xilas etdi - VİDEO - YENİLƏNİB

Xəbərə video əlavə olunub.

***
Saat 16:38

FHN-in xilasediciləri tərəfindən 3 nəfər dağıntılar altından sağ çıxarılıb.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir.

FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3 nəfəri sağ, 10 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

***
Saat: 15:35

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Türkiyənin zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər əməliyyatlara başlayan xilasedicilər daha bir nəfəri dağıntılar altından xilas edib.

Hazırda Kahramanmaraşda internet kəsilib, elektrik enerjisi və təbii qazın verilişi dayandırılıb.

Bundan başqa, zəlzələ bölgəsində ərzaq çatışmazlığı yaşanır.

Xilasedicilərimiz 3 nəfəri dağıntılar altından sağ çıxardılar

# 5508
avatar

Nigar Namiq

Oxşar yazılar