Dünən Azərbaycanda  42 dərəcə isti   olub - FAKTİKİ HAVA
03 sentyabr 2022 14:37 (UTC +04:00)

Dünən Azərbaycanda 42 dərəcə isti olub - FAKTİKİ HAVA

Sentyabrın 3-nə olan məlumata görə,  ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Duman: İmişli, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Biləsuvarda müşahidə olunub, görünüş 50-150 metrədək məhdudlaşıb.

Havanın temperaturu: sentyabrın 02-də Bakıda iqlim normasından 7.0° yüksək olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38-40° isti, Naxçıvan MR-da 39-41°, Şərurda 42° isti, dağlıq rayonlarda 29-32° isti, aran rayonlarında 36-40°, Hacıqabulda 41° isti olub.

# 2409
avatar

Oxşar yazılar