DİN-dən Ramazan ayında yardım etmək istəyənlərə  MÜRACİƏT: "aldanmayın"
25 mart 2023 16:30 (UTC +04:00)

DİN-dən Ramazan ayında yardım etmək istəyənlərə MÜRACİƏT: "aldanmayın"

Daxili İşlər Nazirliyi Ramazan ayında yardım etmək istəyənlərə müraciət edib.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, müraciətdə deyilir:

"Yardım edək, ancaq aldanmayaq!

Ramazan birlik, bərabərlik, xeyirxahlıq və şəfqət ayıdır. Çox təəssüf ki, sosial şəbəkələrdə özlərini köməyə ehtiyacı olan və ya xəstə kimi təqdim edib bu müqəddəs günlərdə insanların xeyirxahlığından, yardımsevərliyindən yararlanmaq istəyən dələduzlara rast gəlinir. Onlar  bu məqsədlə saxta profillər yaradıb bank kartları paylaşaraq öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər.  

Vətəndaşlarımızdan yalnız tanıdıqları və həqiqətən də ehtiyacı olan şəxslərə yardım etmələrini tövsiyə edir, saxta profillər işlədənlərə inanmamağı tövsiyə edirik".

# 2550
avatar

Oxşar yazılar