Daha 10 ailə Ağalıya köçdü - FOTO
03 mart 2023 16:25 (UTC +04:00)

Daha 10 ailə Ağalıya köçdü - FOTO

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdışın növbəti mərhələsi reallaşıb.

Lent.az xəbər verir ki, bu gün səhər saatlarında Abşeron rayonunun Masazır qəsəbəsindəki "Zəngilan" şəhərciyindən birdəfəlik yaşamaq üçün Ağalı kəndinə yola düşən 44 nəfərdən ibarət 10 ailə mənzil başına çatıb.

Köçkünlük həyatına birdəfəlik son qoyan keçmiş məcburi köçkünlər Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndində yaşayacaqlar.

# 2547
avatar

Oxşar yazılar