Bütün dünyada  elektrik enerjisinin   kəsilməsi gözlənilir: Səbəbi açıqlandı
06 mart 2023 14:08 (UTC +04:00)

Bütün dünyada elektrik enerjisinin kəsilməsi gözlənilir: Səbəbi açıqlandı

Alimlər Günəş aktivliyinin intensiv dövrünün başlandığını bildirirlər ki, bu da Yer kürəsində müəyyən problemlərə səbəb ola bilər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssislər deyirlər ki, Günəşdə baş verən partlayışların tezliyi və intensivliyi bu aktivliyin əvvəlki dövrlə müqayisədə daha güclü ola biləcəyini göstərir. Nəticədə Yer və kosmik gəmilərin ekipajlarına ziyan dəyə bilər.

Redinq Universitetindən kosmos fizikası professoru Metyu Ouens bildirib ki, hər 11 ildən bir Günəşin maqnit sahələri o qədər qeyri-sabit olur ki, Şimal və Cənub qütbləri qəfil yerlərini dəyişir. Bu zaman həm də günəş aktivliyinin pik nöqtəsi müşahidə olunur.

Günəşin cari dövrədə maksimum aktivliyinin 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində baş verəcəyi gözlənilir. Bu fenomenin yaratdığı geomaqnit qasırğaları Yerdə daha parlaq auroralar yaratsa da, elektrik stansiyalarını və yüksək tezlikli radio rabitəsini də poza bilər. Bundan əlavə, Günəşdən gələn radioaktiv şüalanma kosmosdakı astronavtlar üçün təhlükəli ola bilər.

Xatırladaq ki, ekspertlər maqnit qasırğalarının dünyaya yaxınlaşdığı ən təhlükəli tarixləri qeyd ediblər. Martın birinci yarısında yalnız iki maqnit qasırğası gözlənilir. Ancaq bu günlərdə hava şəraitindən asılı olan insanlar özlərini pis hiss edə bilər. Növbəti bir günlük maqnit qasırğası martın 15-də proqnozlaşdırılır. Maqnit qasırğalarının vəziyyətinizə mənfi təsir göstərməməsi üçün belə günlərdə stress və ağır yüklərdən yayınmalısınız.


 

# 6192
avatar

Oxşar yazılar