Bu rayonun suyu kəsiləcək -  SƏBƏB
08 sentyabr 2022 10:15 (UTC +04:00)

Bu rayonun suyu kəsiləcək - SƏBƏB

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Astara şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Qurumdan Lent.az-a verilən məlumata görə, hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.

Narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

# 2292
avatar

Oxşar yazılar