Bu ilin ilk 3 ayında  64 üçəm   doğulub
17 may 2023 17:57 (UTC +04:00)

Bu ilin ilk 3 ayında 64 üçəm doğulub

Bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində ölkə üzrə 27753 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Lent.az-a verilən xəbərə görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,7-dən 11,1-ə düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olmuşdur. Doğulan körpələrdən 902-si əkiz, 54-ü üçəm olub.

# 2073
avatar

Arzu Qurbanlı

Oxşar yazılar