Bu günlərdə geomaqnit qasırğası GÖZLƏNİLİR:  Ehtiyatlı olun
22 may 2023 10:12 (UTC +04:00)

Bu günlərdə geomaqnit qasırğası GÖZLƏNİLİR: Ehtiyatlı olun

Mayın 21-də Günəş səthində olan oblastlarda aktivlik artıb, bir neçə güclü M sinif alışmalar baş verib. 

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin  Astrofizika kafedrasından Lent.az-a verilən məlumata görə, yaranan tac atılmaları (CME- Coronal Mass Ejection) və tac dəliklərindən çıxan yüksək sürətli axınlar (CH HSS- Coronal Hole High Speed Stream) səbəbindən 22-24 may tarixləri üçün G1 (minor) geomaqnit qasırğasının baş verəcəyi ehtimal olunur.

Mayın 22-də geomaqnit şəraitin davam edən CME effektləri nəticəsində G2 (orta) stabilləşməmiş səviyyədə olacağı gözlənilir. Mayın 23-ü günün sonu, mayın 24-də G1 (mülayim) geomaqnit qasırğası müşahidə olunacaq.   
22-24 may tarixlərində geomaqnit sahənin intensivliyini göstərən loqarifmik Kp əmsalı 1-6 intervalında dəyişəcək.

# 2160
avatar

Fidan İlqar

Oxşar yazılar