Bu gün Azərbaycanda neçə nəfər COVID-19-a yoluxub?
07 avqust 2022 18:08 (UTC +04:00)

Bu gün Azərbaycanda neçə nəfər COVID-19-a yoluxub?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 469 yeni yoluxma faktı qeydə alınıb, 422 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Lent.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 801 939 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 789 034 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, aktiv xəstə sayı 3 145 nəfərdir.

Ölkədə son sutka ərzində 3 603, hazırkı dövrədək isə 7 069 761 test aparılıb.

 

 

# 2853
avatar

Oxşar yazılar