Bayram günündə Şuşada hava necə olacaq? - PROQNOZ
30 dekabr 2022 13:37 (UTC +04:00)

Bayram günündə Şuşada hava necə olacaq? - PROQNOZ

Şuşa, Kəlbəcər, Laçında hava şəraiti dekabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 3° şaxtdan 2°-dək isti, axşam 3° şaxta olacaq.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, dekabrın 31-də hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 1° şaxtdan 3°-dək isti olacaq.

Yanvarın 1-də hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 1° şaxtdan 4°-dək isti olacaq.

Yanvarın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtdan 3°-dək isti olacaq.

Yanvarın 3-də hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtdan 3°-dək isti olacaq.

Yanvarın 4-də hava şəraitinin yağmursuz keçəcəyi, gecə və səhər duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtdan 3°-dək isti olacaq.

# 1845
avatar

Oxşar yazılar