Bayram günlərinin   HAVASI AÇIQLANDI
28 dekabr 2022 17:15 (UTC +04:00)

Bayram günlərinin HAVASI AÇIQLANDI

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, bayram günlərində ölkə ərazisində hava şəraitinin sabit, yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi üstünlük təşkil edəcək.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 8-13° isti, aran rayonlarında 13°-dək isti, dağlıq rayonlarda 2°- şaxtadan 3°-dək isti olacaq.

Bakıda və Abşeron yarımadasında

Dekabrın 31-i

Hava şəraitinin əsasən yağmursuz olacağı, mülayim cənub küləyinin əsəcəyi, küləyin sürətinin 8-13 m/s olacağı gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti təşkil edəcək.
 
Yanvarın 1-də

Havanın yağmursuz olacağı gözlənilir.

Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-9° isti olacaq.

Yanvarın 2-də

Hava şəraiti əsasən yağmursuz keçəcək.

Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti olacaq.

Yanvarın 3-də

Hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-13° isti olacaq.

Yanvarın 4-də

Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-14° isti olacaq.

Azərbaycanın rayonlarında

31 dekabr-4 yanvar tarixlərində

Hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

# 3666
avatar

Oxşar yazılar