Bayram günlərində Təcili Yardıma çağırışların  SAYI
05 yanvar 2022 15:31 (UTC +04:00)

Bayram günlərində Təcili Yardıma çağırışların SAYI

“Bayram günlərində xəttə kifayət qədər təcili yardım briqadalarını cəlb etməyə çalışdıq”.

Lent.az xəbər verir ki, bunu Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva “Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bayram günlərindəki iş fəaliyyəti haqqında” mövzusunda çıxışında deyib.

O bildirib ki, Bakı şəhəri üzrə təcili yardım 21 bölmə və 139 briqadanı əhatə edir:

“Həmin briqadalar 1700-1800 çağırışa gecikmədən gedə bilirlər. Bayram günlərində isə çağırışlarda artım müşahidə olunurdu”.
 
O, bildirib ki, adi günlərdə gün ərzində 2600-2700 çağırış icra edilirdisə, bayram günlərində bu say 2800-3300 təşkil edib: “Ən çox çağırış yanvarın 2-3-də oldu. Bu günlərdə çağırışlar 3300-ə qədər yüksəldi”.

# 921
avatar

Aytəkin Cəlali

Oxşar yazılar