Bakının mərkəzi küçələri susuz qalacaq
07 mart 2023 10:55 (UTC +04:00)

Bakının mərkəzi küçələri susuz qalacaq

Bakının mərkəzi küçələrində içməli suyun verilməsində məhdudiyyət yaranacaq.

"Azərsu" ASC-dən Lent.az-a verilən xəbərə görə, məhdudiyyət magistral su kəmərində aparılan yenidənqurma işləri ilə əlaqədardır. Bununla bağlı martın 7-də gün ərzində Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Bülbül, Xəqani, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva və Bəşir Səfəroğlu küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

# 2958
avatar

Oxşar yazılar