Bakıda yollar bu gecə  buz bağlayacaq   - XƏBƏRDARLIQ
11 yanvar 2023 17:10 (UTC +04:00)

Bakıda yollar bu gecə buz bağlayacaq - XƏBƏRDARLIQ

Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar yanvarın 12-də duman olacağı, magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacağı gözlənilir.

Bakı və Abşeron yarımadasında yanvarın 11-dən 12-nə keçən gecə şəhərətrafı yollar buz bağlayacaq.

Dağlıq və dağətəyi rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yollar buz bağlayacaq.

# 2688
avatar

Oxşar yazılar