Bakıda  uşağın əli   metro vaqonunun qapısında QALDI
18 mart 2023 19:38 (UTC +04:00)

Bakıda uşağın əli metro vaqonunun qapısında QALDI

Sosial şəbəkələrdə Bakı metropoliteninin "Nərimanov" stansiyası ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Metropolitendən Lent.az-a verilən məlumata görə, stansiyada qatarın qapısı bağlanarkən, bir uşağın əlinin vaqon qapısı arasında qaldığından valideyn anidən həyəcanlanaraq, təşviş içində köməyə çağırıb.

Dərhal metropoliten əməkdaşları və polis işçiləri sərnişinə kömək göstərib. Hadisə nəticəsində azyaşlı sərnişinin xəsarət və ya zədə almadığı müəyyən olunub.

Valideyn hansısa digər köməkdən və təcili tibbi yardım xidmətinin dəvət olunmasından imtina edərək gedib. Valideynin təşviş içində olması digər sərnişinlərə də sirayət edib. Dərhal ciddi problemin və təşvişə əsasların olmaması sərnişinlərin diqqətinə çatdırılıb.

Bildiririk ki, hadisə nəticəsində sərnişinlərin hərəkət təhlükəsizliyi, o cümlədən qatarların hərəkət qrafiki ilə bağlı ciddi problem yaranmayıb.

Bir daha xatırladırıq ki, metropolitendən istifadə edərkən, ələlxüsus qatara minib-düşərkən azyaşlı sərnişinlərin diqqətdə saxlanması, onlara nəzarət olunması unudulmamalıdır.

# 3708
avatar

Fidan İlqar

Oxşar yazılar