Bakıda Od çərşənbəsi qeyd olunur -FOTO
28 fevral 2023 21:09 (UTC +04:00)

Bakıda Od çərşənbəsi qeyd olunur -FOTO

Paytaxtda Od çərşənbəsi qeyd olunur.

Lent.az xəbər verir ki, paytaxtın müxtəlif ərazilərində tonqallar qalanıb, insanlar bir-birinə xoş arzu və niyətlərini bildiriblər.

Ənənəyə uyğun olaraq uşaqlar tonqalın üstündən tullanıb, yumurta döyüşdürüblər.

İlaxır çərşənbələrindən ikincisi olan Od çərşənbəsi xalq arasında Üskü, Adlı çərşənbə də adlanır.

Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb.

Qeyd edək ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 21-də qeyd edilib.

Yel çərşənbəsi 7 mart, torpaq çərşənbəsi 14 martda qeyd olunacaq.

Azərbaycana yaz fəsli 21 martda Bakı vaxtı ilə saat 01:24-də daxil olacaq.

Sail Ağasəlim

# 2232
avatar

Oxşar yazılar