Bakıda obyektlər yoxlanıldı: 807 qaz balonu...
26 aprel 2022 13:36 (UTC +04:00)

Bakıda obyektlər yoxlanıldı: 807 qaz balonu...

Ötən günlər ərzində Bakı şəhəri üzrə reyd keçirilmiş 1870 obyektdən 211-də qaz təsərrüfatına qanunsuz qoşulma, 807 obyektdə isə maye qaz balonlarından istifadə halları aşkar edilib.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən qaz xəttinə qoşulma halları aradan qaldırılıb, qaz sayğacları sökülərək götürülüb.:

"Həmçinin, obyektlərdə aşkar edilmiş maye qaz balonları obyekt nümayəndələrinin iştirakı ilə obyektlərdən kənarlaşdırılıb və gələcəkdə istifadə olunmamasına dair cavabdeh şəxslərdən iltizam alınıb".

# 2154
avatar

Oxşar yazılar