Bakıda hava tozludur
22 fevral 2023 13:41 (UTC +04:00)

Bakıda hava tozludur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Lent.az-a bildirib ki, havata tozun miqdarı 1.6-3 dəfə normadan artıqdır.

Buna səbəb arabir güclənən cənub-qərb və şimal istiqamətli küləklərin təsiri nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır. 
 
“Tozlu hava şəraiti lokal xarakter daşıyır və meteoroloji şəraitdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”.

# 1491
avatar

Fidan İlqar

Oxşar yazılar