Bakıda  bayram günləri   hava necə olacaq? - PROQNOZ
17 mart 2023 17:40 (UTC +04:00)

Bakıda bayram günləri hava necə olacaq? - PROQNOZ

Bakıda və Abşeron yarımadasında bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, 

Martın 19-da

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər saatlarında duman olacaq. Şimal küləyi 5-10 m/s.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq.

Martın 20-də

Bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Şimal-qərb küləyi 7-12 m/s.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq.

Martın 21-də

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi 8-13 m/s, arabir 15-18 m/s.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq.

Martın 22-də

Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyi 15-20 m/s, arabir 23 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 12-15° isti olacaq.

Martın 23-də

Bəzi yerlərdə arabir yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.

Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək, axşam 8-13 m/s-dək mülayimləşəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-14° isti olacaq.

Martın 24-də

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi 8-13 m/s.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq.

# 2028
avatar

Oxşar yazılar