Bakıda 23 marşrutun hərəkət istiqaməti  DƏYİŞDİRİLİR
13 may 2022 15:32 (UTC +04:00)

Bakıda 23 marşrutun hərəkət istiqaməti DƏYİŞDİRİLİR

“Bakı Marafonu - 2022” tədbiri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq mayın 15-də paytaxtda 23 marşrutun hərəkət sxeminə dəyişiklik ediləcək.

Bu barədə Lent.az-a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, dəyişikliklər beləi olacaq:

- 1, 2, 4, H1 saylı marşrutların hərəkət sxemləri Y.Səfərov küç. istiqamətində dəyişdirilərək Puşkin - Nizami – Y.Səfərov küçələri ilə təşkil ediləcək;

- 5 və 88 saylı marşrutların son dayanacaq məntəqəsi “28 May” metro stansiyası (Puşkin küç.) olmaqla təşkil ediləcək;

- 6 saylı marşrutun fəaliyyəti 2 istiqamət üzrə - yəni 20-ci Sahə y/m (F.Ö.Nemanzadə küç.) – "İçərişəhər" metro stansiyası və Axundov bağı – “Azadlıq prospekti” metro stansiyası istiqamətində təşkil ediləcək;

- 10 saylı marşrutun, son dayanacaq məntəqəsi Xocalı pr. (“Xətai” metro stansiyası) olmaqla, fəaliyyəti M.Müşfiq – A.Şaiq – Ş.Bədəlbəyli – D.Əliyeva – Puşkin – Nizami – Y.Səfərov küçələri, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək;

- 18 saylı marşrutun, son dayanacaq məntəqəsi Ə.Cavad küç. (Nizami bağı) olmaqla, fəaliyyəti Ş.Şamil – İstiqlaliyyət – Azərbaycan pr. - Ə.Cavad – B.Sərdarov küçələri, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək;

- 21, 32, 46, 175 saylı marşrutların son dayanacaq məntəqəsi 8 Noyabr pr.-də (Bakı Fransız Liseyi) olmaqla təşkil ediləcək;

- 30 və 49 saylı marşrutların fəaliyyəti D.Əliyeva – Nizami - Y.Səfərov küçələri ilə təşkil ediləcək;

- 53 saylı marşrutun son dayanacaq məntəqəsi B.Sərdarov küç. (Axundov bağı) olmaqla təşkil ediləcək;

- 61 saylı marşrutun fəaliyyəti S.Vurğun – Ş.Bədəlbəyli – R.Behbudov – S.Əsgərova küçələri ilə təşkil ediləcək;

- 65 saylı marşrutun fəaliyyəti Lermontov küç. – Ş.Şamil küç. – İstiqlaliyyət küç. – Azərbaycan pr. ilə təşkil ediləcək;

- 125, 127 və 205 saylı marşrutların fəaliyyəti Bakı Dairəvi Avtomobil yolu ilə təşkil ediləcək;

- 120 və 149 saylı marşrutların fəaliyyəti Yeni Salyan yolu – Bibiheybət yolu – 20-ci Sahə dairəsi, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.

# 2898
avatar

Aytəkin Cəlali

Oxşar yazılar