Bakıda 17 marşrut xəttinin  istiqaməti dəyişir
11 mart 2023 17:29 (UTC +04:00)

Bakıda 17 marşrut xəttinin istiqaməti dəyişir

Bakıda bir neçə marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, bu martın 12, 13 və 14-də Neftçilər prospektində, eləcə də Akademik Zərifə Əliyeva küçəsində aparılacaq təmir işləri ilə nəqliyyat vasitələrin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə bağldıır.

Odur ki, 1, 2, 4, 5, 10, 18, 21, 30, 32, 46, 49, 88, 125, 127, 175, H1, M3 nömrəli müntəzəm marşrutların hərəkət sxemi alternativ (Əhməd Cavad küçəsi, Niyazi küçəsi, İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Şəmsi Bədəlbəyli küçəsi, Azadlıq prospekti,Nizami küçəsi,) küçələrlə təşkil ediləcək.

# 2256
avatar

Oxşar yazılar